Ana səhifə / BİZ NƏ EDİRİK? / "Valideynlər danışsın!" - Valideynlər klubu

"Valideynlər danışsın!" - Valideynlər klubu

Əlavə etdi: QUA İB | 05.09.2019 | BİZ NƏ EDİRİK?

Avqustun 3-də Qadın və Uşaq Akademiyası İB və Peşəkar Psixologiya Mərkəzinin birgə təşkil etdiyi "Valideynlər klubu"nun "Valideynlər danışsın!" adlı ilk görüşü baş tutub.

Klubun yaradılma məqsədinə uyğun olaraq, valideynlər övladlarıyla, ümumilikdə müasir dövrdə uşaqlarla münasibət və onları yetişdirməklə bağlı narahatlıqlarını, fikir və təcrübələrini bölüşüblər. Mərkəzin rəhbəri, klinik psixoloq Nuriyə Quliyeva və psixoloq Zülfiyyə Azayevanın iştirakı ilə aparılan söhbətdə valideynlər onları maraqlandıran suallara cavab tapıblar. Valideynlərin söhbəti ərzində uşaqlar birlikdə səmərəli və əyləncəli vaxt keçiriblər.

Bu görüş həm də uşaqların və valideynlərin sosiallaşması, sağlam ünsiyyətin qurulması, problemləri özlərində və ailə içində saxlayaraq gələcəyə ötürülən travmaların qarşısını almaqdır. Hər kəsin dinlənilməyə və başa düşülməyə ehtiyacı var. Üstəlik, yaşadığımız sosial mühitdə başa düşülməmək və ya uşaq yetişdirməkdə doğru bildiyimiz yanlışlara görə qazandığımız neqativ enerjidən xilas olaq və övladlarımıza yansıtmayaq deyə bizi narahat edən məqamları bölüşmək ən doğrusudur. Buna görə də "Valideyn klubu"muza qoşulun və probleminizin həlli yolunu birlikdə axtaraq və tapaq. Bundan sonra klubun görüşlərinin ayda bir dəfə təşkil edilməsi və konkret mövzulara həsr olunması nəzərdə tutulur. Bu mənada, sizi narahat edən mövzuları əvvəlcədən bizimlə bölüşə, təkliflərinizi qeyd edə bilərsiniz. Unutmayın, sağlam, rahat və xoşbəxt valideyn, xoşbəxt övlad deməkdir. Bilgisizliyin ailənizin rahatlığını və xoşbəxtliyini əlinizdən almağına imkan verməyin. Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru!

Paylaş: