Ana səhifə / BİZ NƏ EDİRİK? / “Gəzən akademiya” bu dəfə Göyçayın Məlikkənd kəndinə getdi

“Gəzən akademiya” bu dəfə Göyçayın Məlikkənd kəndinə getdi

Əlavə etdi: QUA İB | 22.04.2019 | BİZ NƏ EDİRİK?

Qadın və Uşaq Akademiyası İctimai Birliyi "Gəzən akademiya” layihəsinə davam edir. Layihə bölgələrdə, ucqar kəndlərdə məktəbəqədər yaşlı uşaqlar və məktəblilərin psixoloji və əqli cəhətdən inkişafına, elm və təhsilə maraqlarını artırmaq, onların dərslərindəki boşluğu aradan qaldırmağa yönəlib. Birlik bu məqsədlə həftənin şənbə və bazar günləri nəzərdə tutulan kənddə maraqlı məşğələlər, məktəblilərin dərslərdə fəallığını və ümumi nəticəni yaxşılaşdırmaq üçün müsabiqələr təşkil edir.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində Birlik bu dəfə Göyçayın Məlikkənd kəndində bir qrup məktəbli ilə görüşərək ilkin olaraq onlar üçün maarifləndirici söhbət aparıb, görüşdə iştirak edən uşaqların potensialını, inkişaf səviyyəsini müəyyənləşdirən testlər edib, onlara bir sıra məsləhətlər verib. Həmçinin, uşaqlarda mütaliə vərdişi yaratmaq üçün onlara bədii kitablar və bur sıra maarqlı vəsaitlər hədiyyə edilib.

Birliyin sədri Sevinc Fədai bildirir ki, hər zaman qadın və uşaqları sağlam düşüncəyə yönəldən yolu göstərən, elm, təhsil, dünyagörüş qazanmağa, ali dəyərlərə xidmət edən həyat yaşamağa, özünə inanmağa, güvənməyə səsləyən yazılar yazanda deyirdilər ki, ondansa insanları maarifləndirin: 

"Əslində, elə bizim də məqsədimiz bu idi. Yaxud deyirdilər ki, sizin xitab etdiyiniz kəsim sizi oxumur, onların bütün bu yazılanlardan xəbəri yoxdur. Bu, bizi də düşündürürdü. Və nə qədər çətin də olsa, bunun da bir yolu var və biz o yola çıxdıq. Qadın və Uşaq Akademiyası İB olaraq başlatdığımız "Gəzən akademiya” layihəsi adı altında səsimizi eşitdirə bilmədiyimiz adamların cəm olduğu, bizi narahat edən məsələlərin daha çox hökm sürdüyü yerlərə – ən ucqarlara özümüz gedəcəyik. 

Onlarla şəxsən görüşüb söhbətləşəcək, müsbətə doğru dəyişiklik üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, sağlam fikir formalaşdırmaq, elmə, təhsilə maraq yaratmaq, psixoloji problemləri aradan qaldırmağa az yaşdan başlamaq lazımdır, elə ona görə də layihəmizin ilk təsir göstərmək istədiyi qrup uşaqlar olacaq. Hələ ki, Birliyin rəsmi olaraq qeydiyyatdan keçə bilməməsi bu istiqamətdə bir sıra bürokratik əngəllər yaradır, bu məşğələləri davamlı və daha geniş şəkildə təşkil etmək imkanımız yoxdur. 

Ancaq biz bütün hallarda insanımıza dəyər verir və bacardığımız qədər bunu hiss etdirmək istəyirik. Elə buna görə də "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” deyib yola çıxdıq. Bu yolda yanımızda olan, mənəvi və maddi köməyini əsirgəməyən hər kəsə, xüsusilə Bakı Dəmiryol Xəstəxanasının rəhbərliyinə təşəkkür edirik. Həyatına sevgi ilə, bilgi ilə, kitabla toxunduğunuz uşaqlar sizə minnətdardır!”

Paylaş: