Ana səhifə / BİZ NƏ EDİRİK? / Seminar: "Arzuolunmaz hamiləliklərdən müasir qorunma metodları"

Seminar: "Arzuolunmaz hamiləliklərdən müasir qorunma metodları"

Əlavə etdi: QUA İB | 31.01.2019 | BİZ NƏ EDİRİK?

Qadın və Uşaq Akademiyası İB yanvarın 12-də Bakı QHT Resurs və Təlim Mərkəzində "Arzuolunmaz hamiləliklərdən müasir qorunma metodları" mövzusunda seminar təşkil edib. Seminarı Bakı Dəmiryolu Xəstəxanasının həkimi, laparaskopist, mama-ginekoloq Vüsalə Ağabalayeva aparıb. Seminarda iştirak edən xanımlar Vüsalə Ağabalayevanın bu mövzuda çıxışını dinləyib, suallarına cavab tapıblar. Seminar boyu onları narahat edən məqamlara aydınlıq gətirilib. 

Qeyd edək ki, Qadın və Uşaq Akademiyası (QUA) İB-nin yaradılmasında məqsəd həm də vətəndaşların tibbi maarifləndirilməsi işinə yardımçı olmaqdır. Birlik bu istiqamətdə Bakı Dəmiryolu Xəstəxanası ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində tibb mərkəzinin peşəkar həkimlərinin paytaxtda və bölgələrdə, xüsusilə də ucqar kəndlərdə təlim və seminarları təşkil olunacaq, əhalinin maarifləndirilməsi, eləcə də vətəndaşlara tibbi dəstək göstərilməsini təmin edən layihələr həyata keçiriləcək. Xəstəxananın həkimləri, həmçinin, Birliyin  saytında (quaib.org) maarifləndirici müəllif yazıları ilə çıxış edəcək, insanları maraqlandırılan sualları cavablayacaq, onların mövcud problemləriylə bağlı tövsiyə və məsləhətlərini bildirəcəklər.

Paylaş: