Ana səhifə / BİZ NƏ EDİRİK? / Seminar: "Normal və xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili"

Seminar: "Normal və xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili"

Əlavə etdi: QUA İB | 31.01.2019 | BİZ NƏ EDİRİK?

22 dekabr 2018-ci il tarixində  Qadın və Uşaq Akademiyası İB Bakı QHT Resurs və Təlim Mərkəzində "Normal və xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili" mövzusunda seminar keçirib. 

Seminarı Bakı Dəmiryolu Xəstəxanasının həkimi, pediatr-neonatoloq Aytəkin İbrahimova aparıb.

2 saat davam edən seminarda Aytəkin İbrahimova xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili ilə yanaşı, onların valideynlərinə cəmiyyətin yanaşmasından, bu yanaşmanın necə aradan qaldırılmasından, xəstəlikləri yaradan faktorlardan, xəstəliklərlə bağlı yaranan, heç bir tibbi əsası olmayan miflərdən və onların necə dağıdılmasından danışıb.

Daha sonra həkim seminar iştirakçılarının uşaqlara tibbi qulluq, eləcə də digər tibbi mövzularda olan suallarını cavablayaraq, onları narahat edən məqamlara aydınlıq gətirib.

Qeyd edək ki, Qadın və Uşaq Akademiyası (QUA) İB-nin yaradılmasında məqsəd həm də vətəndaşların tibbi maarifləndirilməsi işinə yardımçı olmaqdır. Birlik bu istiqamətdə Bakı Dəmiryolu Xəstəxanası ilə əməkdaşlığa başlayır.

Əməkdaşlıq çərçivəsində tibb mərkəzinin peşəkar həkimlərinin paytaxtda və bölgələrdə, xüsusilə də ucqar kəndlərdə təlim və seminarları təşkil olunacaq, əhalinin maarifləndirilməsi, eləcə də vətəndaşlara tibbi dəstək göstərilməsini təmin edən layihələr həyata keçiriləcək. Xəstəxananın həkimləri, həmçinin, Birliyin saytında (quaib.org) maarifləndirici müəllif yazıları ilə çıxış edəcək, insanları maraqlandırılan sualları cavablayacaq, onların mövcud problemləriylə bağlı tövsiyə və məsləhətlərini bildirəcəklər.

Paylaş: