Ana səhifə / BİZ NƏ EDİRİK? / Seminar: "Qadının ictimai rolu niyə yüksəldilməlidir?"

Seminar: "Qadının ictimai rolu niyə yüksəldilməlidir?"

Əlavə etdi: QUA İB | 31.01.2019 | BİZ NƏ EDİRİK?

Yeni yaranan Qadın və Uşaq Akademiyası İctimai Birliyi 27 oktyabr 2018-ci il tarixində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Mərkəzinin sədri Novella Cəfəroğlunun "Qadının ictimai rolu niyə yüksəldilməlidir?" mövzusunda seminarını təşkil edib.

Şənbə günü baş tutan seminar Bakı QHT Resurs və Təlim Mərkəzinin konfrans zalında keçirilib. Təşkilat rəhbəri olaraq 30 ildən artıqdır ki, Azərbaycan qadınlarının hüquqları uğrunda mübarizə aparan Novella Cəfəroğlu seminara qatılan qadınlara, eləcə də bəylərə bu yoldan, keçdikləri çətinliklərdən söz edib və onları mübariz, əzmli olmağa, tutduqları işdə məqsədyönlü olmağa, əmək sərf etməyə səsləyib.

Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiya olunmasında, gənc qadın liderlərin yetişdirilməsində əvəzsiz rolu olan hüquq müdafiəçisi qadınlara üzünü tutaraq hər şeyin insanın daxilindən başlandığını, bütün çətinliklərə rəğmən istək olduğu halda bacara, xoşbəxt ola biləcəklərini söyləyib.

O, xüsusilə vurğulayıb ki, qadın dürüst və əxlaqlı olduqdan sonra ona heç kim mane ola bilməz. İki saat davam edən seminarda Novella Cəfəroğlu iştirakçıların suallarını da cavablandırıb və onlara öz tövsiyələrini verib.

Paylaş: